RESPONSIVE LEADERBOARD AD AREA
İDMAN 2019.11.10 02:01

Premyer Liqa: “Keşlə” “Neftçi”ni məğlub edib

61

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, “ASCO Arena”da “Keşlə” “Neftçi”ni qəbul edib.

Gənc referi Vüqar Həsənlinin idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1.

Hesabı 45+1-ci dəqiqədə qonaq komandadan Donald Gerye vurub. Haitili legioner “Neftçi”də ilk qoluna imza atıb.

73-cü dəqiqədə Franko Flores cərimə zərbəsindən sonra Səlahət Ağayevin səhvindən yararlanaraq bərabərlik qolunu vurub. 82-ci dəqiqədə isə Sezar Meza Kolli cərimə zərbəsini dəqiq yerinə yetirib.

Bu qələbədən sonra xallarını 19-a çatdıran “Keşlə” 2-ci pilləyə yüksəlib. 18 xala malik “Neftçi” isə 3-cü pilləyə enib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı