RESPONSIVE LEADERBOARD AD AREA
RƏSMİ 2019.11.08 16:49

Prezident İlham Əliyev Kamboca kralını təbrik edib

27

Prezident İlham Əliyev Kambocanın kralı Norodom Sihamoniyə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Əlahəzrət, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Kamboca arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı