Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin 15 ili münasibətilə BƏYANAT

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ölkəmizdə Cümhuriyyətin adına layiq şəkildə qeyd edilir. Dövlət tərəfindən bu məsələyə xüsusi diqqət ayrılır. Bir neçə il bundan əvvəl Prezidentin Sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidənin ucaldılması, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması buna bariz sübutdur. Müsəlman Şərqinin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti öz mövcudluğu ilə tarix yazdı və biz də öz borcumuzu yerinə yetirib daim onların adını uca tutmalıyıq.

Bir neçə gündən sonra Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünü qeyd edəcəyik. Çətin sınaqlardan, ağır mərhələlərdən keçən Azərbaycan Respublikası əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursu Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirir.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, professor Əli Həsənovun dediyi kimi “Cənab İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti, seçkiqabağı təşviqat dövründə səsləndirdiyi “Mən hər bir azərbaycanlının prezidenti olacağam!” ifadəsi qısa müddətdə ona xalq arasında geniş populyarlıq, sonsuz inam və etibar qazandırdı”. Xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı kimi cənab İlham Əliyevi dəstəkləyərək 76,8 faiz səslə onu özünə yeni prezident seçdi. İlham Əliyevin yüksək idarəçilik məharəti 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də onun yenidən inamlı qələbə qazanması ilə nəticələndi. Oktyabrın 15-də Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin 15 ili tamam olur.

Bununla əlaqədar olaraq, cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti postundakı fəaliyyətinin 15 illiyi münasibətilə təbrik edir və gördüyü işlərin təqdirəlayiq olduğunu bəyan edirik. Daim dövlətimizin inkişafı istiqamətinə çalışmalar həyata keçirmiş ictimai təşkilatlar olaraq bundan sonra da Prezident İlham Əliyevin gördüyü işlərin təbliğ olunması, dövlət başçısının atdığı addımların, verdiyi qərarların geniş ictimaiyyətə çatdırılması istiqamətindəki fəaliyyətimizi daha da genişləndirəcəyik.

Mübariz Göyüşlü
“Müasir İnkişaf” İctimai Birliyinin sədri

Asim Vəliyev
“Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri

 Arzuman Abdulkərimov
“Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri

 Rəşid Paşalı
“Gənclərə qayğı” İctimai Birliyinin icraçı direktoru

 Kazım Məmmədov
“Gələcək” İntellektual İnkişafa Yardım İctimai Birliyi

 12 oktyabr 2018-ci il, Bakı şəhəri

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here