RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Prezidentin müsahibəsi bir çox mühüm cəhətləri ilə yadda qaldı”

11

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin müsahibəsi bir çox mühüm cəhətləri ilə yadda qaldı. Hər şeydən öncə müasir dövrdə beynəlxalq münasibətlərin real vəziyyəti və bu vəziyyətdə beynəlxalq münasibətlərin iştirakçısı olan milli dövlətlərin davranışlarını təhlil edərək bu prosesdə Azərbaycanın yeri və rolu məsələlərinə toxundu. Məhz bu konteksdə media institutu və onun fəaliyyətini önə çəkən Prezident Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində transmilli media resurslarının fəaliyyətini obyektiv qiymətləndirərək onları qlobal informasiya məkanında rəy formalşdıran institusional vahidlər kimi təqdim etdi. Xarici media ilə ünsiyyətin intensiv olmasını da bu məsələ ilə əlaqələndirərək transmilli medianın imkanlarından istifadə etməklə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyini vurğuladı”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Baş redaktorun sözlərinə görə, ümumiyyətlə milli mətbuatımızı və onun fəaliyyətini bir daha yüksək qiymətləndirən Prezident İlham Əliyev bildirdi ki, “mən Azərbaycan mediasına həmişə böyük dəstək göstərmişəm. Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur və həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim. Şadam ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır. Deyə bilərəm ki, mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm. Bu barədə mən bir neçə dəfə öz fikirlərimi bildirmişəm və hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaqdır”. Bu fikirlər istər milli mətbuatımızın fəaliyyətinin yüksək qiymətləndirilməsi baxımından istərsə də onun gələcək inkişafı baxımından olduqca əhəmiyyətlidir. Bununla yanaşı biz bilirik ki, mətbuat hər bir cəmiyyətdə fikir plüralizimini, söz azadlığını təmin edən ictimai institutlardan biri kimi çıxış edir və əslində bu fikirlər ölkəmizdə söz və mətbuat azadlığının təmin olunmasının, mətbuatın xüsusilə də çap mətbuatının və internet resurslarında mövcud olan müxtəlif yeni mətbu nümunələrin problemlərinin həlli məsələlərinin, jurnalistlərin məişət və sosial problemlərinin bundan sonra da Prezidentin diqqət mərkəzində olacağına işarə idi.

Ümumiyyətlə Prezident İlham Əliyev öz müsahibəsində hazırki beynəlxalq münasibətlər və onun gücə əsaslanan yeni reallıqlarından tutmuş, ölkəmizin uzun illərdir məhz güc mərkəzinə çevrilməsi üçün həyata keçirdiyi milli strategiyaya qədər eyni zamanda beynəlxalq iqtisadi layihələri uğurla həyata keçirməyimizdən xalq-iqtidar birliyinə qədər, sosial siyasət, aqrar sektorun inkişafı və s. kimi mühüm məsələlərə toxunaraq bundan sonra da islahatların davam etdiriləcəyini diqqətə təqdim etməklə bütün bunları milli maraqlarımızın təmin olunması istiqamətində atılan addımlar kimi xarakterizə etdi”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı