RESPONSIVE LEADERBOARD AD AREA
RƏSMİ 2019.08.13

Prezidentlərin görüşünün təxirə salınmasının səbəbi açıqlandı

61

Rusiya, İran və Azərbaycan prezidentlərinin avqustun 13-də Soçidə keçirilməsi planlaşdırılan üçtərəfli görüşünün təxirə salınmasının səbəbi açıqlanıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, buna səbəb dövlət başçılarının iş qrafiklərinin daha müfəssəl əlaqələndirilməsidir.

“Avqustun 13-də keçirilməsi planlaşdırılan Rusiya, İran və Azərbaycanın dövlət başçılarının görüşünün təxirə salınması prezidentlərin iş qrafiklərinin daha müfəssəl əlaqələndirilməsi və bu qrafiklərin sinxronlaşdırılması üçün uyğun vaxtın seçilməsi ilə əlaqədardır. Diplomatik kanallarla qrafiklərin bu cür sinxronlaşdırılmasından sonra biz yeni müddət haqqında məlumat verəcəyik”, – deyə Peskov qeyd edib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı