RESPONSIVE LEADERBOARD AD AREA
KRİMİNAL 2019.10.09 03:59

Prokuror qonşusunu bıçaqlayan şəxsə cəza istəyib

31

Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusuna bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən İlqar Əfəndiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Məhkəmə prosesi oktyabrın 16-da davam edəcək.

Qeyd edək ki, hadisə Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, 31 ünvanında qeydə alınıb. 45 yaşlı Vəliyev Rüfət Xanbala oğlu bıçaq xəsarəti ilə 1 saylı Xəstəxanaya çatdırılıb və həyatını xilas etmək mümkün olub.

Araşdırmalar zamanı R.Vəliyevə bıçaq xəsarətlərinin qonşusu İlqar Əfəndiyev tərəfindən vurulduğu məlum olub.

İlqar Əfəndiyevə Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı