Prosineçki: Belə qrupda 10 xal toplamaq asan deyil

Belə qrupda 10 xal toplamaq asan deyil.

Bunu millimizin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsində keçirilmiş Almaniya – Azərbaycan oyunundan (5:1) sonra bildirib.

R.Prosineçki qeyd edib: “Bu hesabdan sonra nəsə demək çətindir. Buna baxmayaraq, ilk hissədə yaxşı oynadıq, qol vəziyyətlərimiz oldu. Onlardan birini qolla tamamladıq. İkinci hissədə rəqib keyfiyyətini göstərdi. Hesab 6:3 ola bilərdi. Açıq futbol getdi. Rəqib layiqli qələbə qazandı”.

Baş məşqçi ümumilikdə komandasından razı qaldığını bildirib: “Çətin qrupda, güclü rəqiblərə qarşı oynadıq. Nəticə bizi qane etməsə də, yaxşı çıxış etdik. Şimali İrlandiya yığması ilə matçı nəzərə alsaq, daha çox xal toplamalı idik. Belə qrupda 10 xal toplamaq asan deyil. Bundan da çox ola bilərdi. Komandama yaxşı qiymət verirəm”.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here