RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Psixi sağlamlığımızı qoruyaq”

31

Binəqədi rayon İcra Hakmiyyəti, Loqos Psixoloji və Nitq İnkişaf Mərəzi və Psixoloji Xidmət və Tədqiqatlar İB-nin təşkilatçılığı ilə 283 saylı tam orta məktəbdə “Psixi sağlamlığımızı qoruyaq” adlı tədbir keçirilib. Tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri , psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova, 283, 3 saylı məktəblərin və 83 saylı məktəb liseyin müəllim, valideyn heyəti iştirak ediblər. Tədbiri giriş sözü ilə 283 saylı məktəbin direktoru Tünzalə Zeynalova açıb, mövzunun aktuallığı və əhəmiyyətini diqqətə çatdırıb.

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova ilkin və təcili psixoloji yardım, psixoanaliz, böhran vəziyyəti, ailə terapiyası, davranış psixologiyası, neyropsixologiya, psixopatologiya, klinik psixologiya, psixoloq, psixoloji problem, psixoloji yardım anlayışları haqqında məlumat verib: “Psixoloji problemlərin həlli, stress vəziyyətlərin nəticələrinin aradan qaldırılması, şəxsiyyətlərarası münasibətlərin və psixi sağlamlığın yaxşılaşdırılması, şəxsiyyətin inkişafı, sosial adaptasiya məqsədi ilə psixoloji prinsiplər və metodlar əsasında həyata keçirilən tədbirlər yardımın tərkib hissəsidir”.

Tədbirin moderatoru “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzinin baş psixoloqu, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva tədbirin proqramı haqqında danışıb. Məruzə ilə çıxış edənlər psixoterapevt-psixoanalitik Elmir Əkbər, uşaq psixoloqu Aygül Məlikova və psixoloq Sara Sadıqlı müxtəlif psixoloji mövzuları gündəmə gətirib, auditoriyanın suallarını cavablandırıblar. Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxışında bildirib ki, əhalinin sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun fəal uzun ömürlüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitariya-gigiyena xarakterli tədbirlərin məcmusundan ibarətdir: “Mütəmadi olaraq rayonda belə mövzuda tədbirlərin təşkil edilməsi ənənə halını alıb. Psixi sağlamlığın qorunması geniş spektrli fəaliyyətə əsaslanır. Bu fəaliyyət birbaşa və ya dolayı yolla fiziki, mənəvi və sosial əmin-amanlığı təmin edir. Buraya sağlamlığın möhkəmləndirilməsi, psixi pozğunluğun profilaktikası, eləcə də psixi pozğunluqdan əziyyət çəkən insanların müalicəsi və reabilitasiyası aiddir. Dövlətimiz tərəfindən bu sahənin inkişaf etdirilməsi istiqamətində kifayət qədər işlər görülüb”. Tədbirdən sonra psixoloji müayinə aparılıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı