“Azərbaycan Psixologiya Məktəbi”ndə növbəti görüş

“Azərbaycan Psixologiya Məktəbi”ndə növbəti görüş

“Gənc Psixoloqlar” İctimai Birliyinin təşkil etdiyi “Azərbaycan Psixologiya Məktəbi” layihəsinin 11-ci görüşü baş tutub.
“Ailədaxili münasibətlərin uşaq psixikasına təsiri” mövzusunda reallaşdırılan görüşün qonağı Bakı Dövlət Universitetinin müəllimi, ailə psixoloqu Ramida Abbaszadə olub. Görüşdə layihə iştirkaçılarına psixometrik şkalalar və onların tətbiqi haqqında məlumat verilib. Qarşılıqlı müzakirə şəklində davam edən görüşün sonunda isə mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, 6 ay davam edəcək layihə gənc psixoloqlara nəzəri və praktiki məlumatlar vermək, onların gələcəkdə peşəkar mütəxəssis kimi formalaşmaları məqsədi ilə həyata keçirilir.
qhtxeber.az