Putin Hindistana dəstək nümayiş etdirdi

Rusiya Hindistanın BMT Təhlükəsizlik Şurasının genişləndirilmiş tərkibdə daimi üzvləri sırasına daxil olmasını dəstəklədiyini təsdiq edib.
Bu barədə Nyu-Delhidə rəsmi səfərdə olan Rusiya prezidenti Vladimir Putinin Hindistanın baş naziri Narendra Modi ilə keçirdiyi görüşün yekununa dair verilən birgə bəyanatda deyilir.

Qeyd olunur ki, tərəflər regional və qlobal səviyyədə sülh, təhlükəsizlik və ədalətli inkişaf naminə sıx əməkdaşlıq etməkdə qətiyyətli olduqlarını bəyan edirlər və bu kontekstdə dünya nizamının sabitliyini təhdid edən çağırışlara qarşı səylərini koordinasiya edəcəklər.

AzVision.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here