Putinin Ermənistana gedəcəyi təsdiqləndi

Rusiya prezidenti Vladimir Putin Ermənistana rəsmi səfər edəcək.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib. Onun sözlərinə görə, Putinin Ermənistana səfərinin dəqiq vaxtı hələ müəyyənləşdirilməyib.

“Səfərin vaxtı razılaşdırılacaq”, – deyə Peskov vurğulayıb.

Qeyd edək ki, Putin sonuncu dəfə sentyabrın 8-də Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar aparıb. Növbəti görüş onların sayca 5-ci diplomatik təması olacaq. 25 sentyabrda isə Rusiya prezidenti Azərbaycana rəsmi səfər edəcək.

 

AzVision.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here