Putinlə Trampın görüş vaxtı açıqlandı

30 noyabr – 1 dekabr tarixlərində Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək “G20” (“Böyük iyirmilik”) sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Trampın görüş vaxtı bəlli olub. İki liderin görüşü 1 dekabra, Moskva vaxtilə saat 17:30-a planlaşdırılıb.
Azvision.az xəbər verir ki, “RİA Novosti”yə istinadən xəbər verir ki, Putinlə Trampın ikitərəfli danışıqları üçün 2 saatdan çox vaxt ayrılıb.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə bildirib ki, əvvəlcə liderlərin təkbətək, sonra isə iki ölkənin nümayəndə heyətlərinin də qatıldığı geniş tərkibli dialoqu baş tutacaq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here