“Qəbələ” bu gün “Şkendiya” ilə yoxlama görüşü keçirəcək

Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirəcək. “Qırmızı-qaralar” qış fasiləsində son sınağında Makedoniyanın yüksək liqasında çıxış edən “Şkendiya” klubu ilə qarşılaşacaq.

Antalya toplanışında Türkiyənin “Akhisar Bələdiyyəspor” (1:1), İsveçrənin “Sürix” (0:1), Makedoniyanın “Rabotniçki” (2:1), Rusiyanın “Arsenal” (3:3) və Çexiyanın “Bohemians” (1:3) klubları ilə üz-üzə gələn komanda 6-cı görüşündə qüvvəsini sınayacaq.

Oyun saat 18:00-da “Gloria” otelinin meydançasında baş tutacaq.

3 fevral

Yoxlama oyunu

18:00. “Qəbələ” (Azərbaycan) – “Şkendiya” (Makedoniya)
“Gloria” otelinin meydançaları

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here