Qəbələdə və Qubada gənclər üçün mental dəyərlərlə bağlı təlimlər keçirilmişdir

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gənclərin Mədəni İnkişafına Dəstək İİctimai Birliyi tərəfindən “Mental dəyərlərimizi qoruyaq” layihəsi həyata keçirilib.

Gənclərin Mədəni İnkişafına Dəstək İctimai Birliyindən dialoq.info-ya  verilən məlumata görə, layihə iyul-sentyabr ayları ərzində həyata keçirilib.

Layihə çərçivəsində Qəbələ və Qubada gənclərə mental dəyərlərimizlə bağlı təlimlər keçirilərək, gənclərin maarifləndirilməsi, mental dəyərlərimizin qorunması ilə bağlı tədbirlər görülmüşdür.

Layihənin keçirilməsinin əsas məqsədi “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinə uyğun olaraq gənclər arasında milli mədəni dəyərlərin öyrənilməsi, təbliği, gənclərin maarifləndirilməsi,asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir.

IMG_1662 IMG_1688 IMG_1725