“Qəhrəmanlarımızı tanıyaq və tanıdaq”

Gəncə Dövlət Universitetində (GDU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” adlı layihənin icrasına başlanılıb.
Bu münasibətlə keçirilən tədbirdə Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov çıxış edib, layihənin məqsəd və vəzifələrindən danışıb: “Mütəmadi keçirələcək silsiləvi mərasimlərdə 10 nəfər Azərbaycanın Milli Qəhrəmanı haqqında məlumat verilməsi nəzərdə tutulub.
Layihənin əsas məqsədi isə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda canından keçən qəhrəmanların hayat və döyüş yolunu öyrənmək, həmçinin onların sücaətini gənc nəslə təbliğ etməkdir”.
Sonra qəhrəmanlarımızdan bəhs edən video-çarx nümayiş olunub. Universitetin tələbələri Fidan Əsədullayeva və Ləman Cəfərova Azərbaycanın Milli Qəhrəmanları – Akif Ələkbərov, Arif Qədiməliyev, Anatoli Nikolayev, Albert Aqarunov, Araz Səlimov, Alı Mustafayev, Aqil Məmmədov, Aqil Musayev, Arif Qubadov və Aqil Quliyevin həyatından danışıb, döyüş yolları haqqında geniş məlumat veriblər.
Qeyd edilib ki, gənclik üçün nümunə olan həmin qəhrəmanlar Azərbaycanın toxunulmazlığı və ərazi bütövlüyü uğrunda canlarından keçərək, şəhidlik zirvəsinə ucalıblar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here