İDMAN 2020.01.21 01:47

“Qərarlar həmişə “Barselona”nın lehinədir” – Dimitri Folke şikayətləndi

58

“Qranadan”ın futbolçusu Dimitri Folke La Liqanın 20-ci turunda “Barselona” ilə matçdan sonra (0:1) hakimlərdən şikayətlənib.

Dialoq.info Qol.az-a istinadən xəbər verir ki, sözügedən oyunda “Qranada”nın futbolçusu Cerman Sançes 69-cu dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb.

Folke isə komanda yoldaşı üçün yanlış qərar verildiyini düşündüyünü bildirib. 26 yaşlı hücumçu “Nou Kamp”dakı görüşdə hakimlərin onlara qarşı haqsızlıq etdiklərini deyib: “Hər dəfə “Nou Kamp”a gələndə eyni şeylər olur. Mübarizə aparırıq, amma qalib gəlməyimizə icazə vermirlər. Hər bir şübhəli qərar “Barselona”nın lehinə verilir. Bizim kimi komandalara gülüb, keçirlər və hamımız onların milyonları üçün oynayırıq”.

Xatırladaq ki, “Barselona” “Qranada” ilə matçda 76-ci dəqiqədə Lionel Messinin qolu ilə qalib gəlmişdi.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı