Qadın voleybolçularımız dünya çempionatının ikinci mərhələsindəki son oyunda məğlub olublar

Oktyabrın 11-də qadın voleybolçulardan ibarət Azərbaycan millisi Yaponiyada voleybol üzrə dünya çempionatının ikinci mərhələsində son oyununu Bolqarıstan yığmasına qarşı keçirib.

Bolqarıstan yığması ilə qarşılaşma Bakı vaxtı ilə saat 5:40-da başlayıb. Gərgin idman mübarizəsi şəraitində davam edən oyunun üçüncü seti də bolqar idmançıların üstünlüyü şəraitində keçib və 25:20 hesabı ilə onların xeyrinə başa çatıb.

Beləliklə voleybolçularımız dünya çempionatının ikinci mərhələsindəki son oyunda məğlub olublar – 3:0.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here