RESPONSIVE LEADERBOARD AD AREA
RƏSMİ 2019.09.13 11:47

Qara xəbər: Rəşadın təyyarəsini onlar vurub

726

Səhəri qara xəbərlə açdıq: kimlərsə sosial şəbəkələrdə mərhum polkovnik-leytenant Rəşad Atakişiyevin adından istifadə edərək pul yığır.

Qara xəbər təkcə kiminsə fiziki ölümü deyil ki! Mənəvi ölüm də qara xəbərdir.

Açığı, əvvəlcə bunu düşündüm: insan bu qədərmi acınacaqlı vəziyyətdə yaşayır ki, şəhid pilotun adından istifadə edib pul yığır?

Sonra dedim, yox, qardaş. Gününü sosial şəbəkələrdə keçirən bir adam acınacaqlı durumda ola bilməz. Gedib daş daşıyar, zibil atar, cəhənnəm, dilənçilik edər, amma bu cür vicdansızlıq etməz.

Bu, kasıblıq yox, insansızlıqdan əziyyət çəkməkdir.

Keçmiş kəşfiyyatçılardan biri danışır: deyir, erməni həkimlər bəzi azərbaycanlı əsirlərin daxili orqanlarını hərraca çıxarıb satırmış.

Bax, Rəşadın adından pul yığanlar mahiyyət etibarilə o erməni həkimlərdən də pisdirlər.

Bu adamlar Rəşadın adını hərraca çıxarıb, kimin çox pul verəcəyini gözləyirlər.

Məncə, Rəşad Atakişiyevin təyyarəsini elə həmin adamlar – onun adından istifadə edib pul yığanlar vurub.

Ən pisi də budur: bəziləri, az qala, bu murdar əməli malalamağa çalışır. Ortada bir fakt var: kimlərsə bir şəhidin nəşi üzərindən pul qazanmağa çalışır. Bu, ağlasığmaz, utancverici haldır.

Bu gün Rəşadın adını satışa çıxarıb pul qazanan adamlar sabah torpağı da, səni də, bizi də, onları da satar. Bu cür xaraktersizlikdən hər şey gözləmək olar.

Biz bu məsələdə “problem nədən qaynaqlanır? İnsanlar, cəmiyyət niyə belə olub?” kimi nanay, maymaq suallar verməməliyik. Bu, cəmiyyətin yox, fərdin seçimi, murdarlığıdır. Belə adamlar tapılmalı, qanun çərçivəsində cəzalandırılmalı, psixoloji seanslardan keçib “təmizləndikdən” sonra cəmiyyətə buraxılmalıdır. Belə yırtıcıları, quduzları insanların arasına buraxmaq olmaz.

Yekun: İnsanın bir nömrəli və əsas düşməni onun öz içindəki viruslar olduğu kimi, cəmiyyətin də əsas düşməni içindəki “bakteriyalar”dır.

Axar.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı