RESPONSIVE LEADERBOARD AD AREA
MEDİA VƏ QHT 2019.10.07 14:03

Qarabağ Azərbaycandır!

788

…Və ya Lüksemburqdan çıxan erməni bayrağı…

Bəlli olduğu kimi Rusiya Prezidenti Vladimir Putin Ermənistana qısamüddətli səfərə gtmişdi. Soyuq getdi, soyuq qarşılandı, soyuq söhbətlər apardı və geri məmləkətinə döndü.

Dönüşündən əvvəl Ermənistanda baş nazir Nokol Paşinyandan narazı qaldığını biruzə vermək üçün ölkənin sabiq və həbsdə olan Prezidenti Robert Köçəryanın xanımı ilə təkbətək görüş keçirdi. Bu diplomatik dildən təxminən belə yozula bilər: Yerinə həmişə keçə biləcək, stavka edəcəyimiz biri var Nikol…

…Bunu ardınca heç cür dinclik tapmayan, Şuşada qol qaldırıb süzən, oğlunu Qarabağa əsgər yollayan, Gəlbəcərdə festival keçirən, sonra əsirlikdə olan Azərbaycan və kürd məzarlıqlarını dağıtdıran Nikol Azərbaycan Prezidenti İlham Əliyevin qarşısına çıxır və nataraz bəyanat verir. Deyir ki, Dağlıq Qarabağ Ermənistanındır, vəssalam…

Azərbaycan Prezidentinin həmləsi özünü çox gözlətmir. Dağlıq Qarabağ Azərbaycandır, NİDA!!!…

Bu acıqlı, iddiali, haqlı tələbin ardınca dünən, Lüksemburqda “Qarabağ” futbol komandasının UEFA Avropa Liqasında “Dudelanj”la qarşılaşmada təhlükəli təxribatla üzləşdik. Dığaların mənəviyyatsızlığı, əxlaqsızlığı da demək olar buna. Futbol meydançasının üzərinə dronla Qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını qaldırdılar.

Azərbaycanlı futbolçuların etirazı, “üsyanı” sonrası oyun dayandırıldı. Azərbaycanlı azərkeşlərin mühafizəsi təcili təşkil olundu. Dronun salınması istiqamətində uzun müddət mübarizə arapılsa da aşağı sala bilmirdilər. Təbii ki, buna azərbaycanlı azarkeşlər də, idmançılar da israrla etiraz edirdilər. Qorxulu veziyyət idi. Dron idarəçiləri meydançada deyildi. Dron haradansa edilirdi. Bu rəzil mənzərdə azərbaycanlıların “Qa-ra-bağ” şüarı və dövlət himni səsləndirməsi son dərəcə qürurverici idi…

…Uzun mübarizədən sonra dron salındı, oyun davam etdi və Lüksemburqun idman naziri baş verən insidentə görə Azərbaycandan üzr istədi.

Oyun 4-1 Azərbaycanın, “Qarabağ”ın xeyrinə başa çatdı. Nə deyək həmişə qalib ol, “Qarabağ”. Gün gəlsin, Dağlıq Qarabağda böyük, nəhəng oyunlar keçir. Qələbə çal, gül, çal-oyna…Əsla və əsla yenilməyəsən…

***

…Lüksemburqdan görünən Azərbaycanı da, azərbaycanlıları da çox sevirəm. “Qarabağ”lı futbolçularımız sayəsində bir az da artdı bu sevgim. Düşündüm ki, vallah, biz yaxşı millətik, çox yaxşı və böyük… Yoxsa nə müstəqil ola bilərdik, nə dövlət qurmağı bacarardıq. Zarafat deyil bir əsr mübarizə aparmışıq var olmaq üçün. İyirmi yeddi ildir, bizi oturuşmuş dövlət kimi qəbul etməyə məcbur qalıd dünya, amma bunu həzm eləyə bilmir. Ağzında “gövşəyə-gövşəyə” qalıb, Azərbaycan adlı, dadlı loxmanı. Və yenə də xatırlatmağı lazım bildim özümüzü, özümüzə. Bizimlə daha gözəl, böyük işlər görmək, rəvan yaşamaq olar, cəmi bir şərtlə…

Xırda maraqlarını iqtidarlı-müxalifətli hər kəs kənara qoya gərək. Böyük amallara doğru gedək hamılıqla, əl-ələ. Lütfən bəylər, insanları “boğulmağa”, adamlıqdan çıxmağa qoymayaq. Qarşısını alaq mövcud təhlükələrin. İç ya dış, fərq eləməz, adı düşmən olan hər kəsin qarşısında duraq, dəyirmanına su tökməyək. Bunu edək ki, lap öz evlərində, Avropanın göbəyində də, din qardaşlarının, ermənilərin dronları çox fırlanmasın başımızın üstündə…

Müəllif: Jalə Mütəllimova

Teleqraf.com

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı