“Qarabağ” bu gün “Axmat”la qarşılaşacaq

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” klubu üçüncü günü bir məşqlə başa vurub. Yerli vaxtla axşam saat 19:00-da (Bakı vaxtı ilə 21:00) start götürən məşq təxminən bir saat yarım davam edib. Hazırlıqda fiziki və toplu çalışmalara üstünlük verilib.

Xatırladaq ki, Ağdam klubu bu gün təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirəcək. “Qarabağ” Rusiyanın “Axmat” klubu ilə qarşılaşacaq və matç Bakı vaxtı ilə saat 19:00-da start götürəcək