“Qarabağ” bu gün “Şerif”lə qarşılaşacaq

Bu gün Avropa Liqasının pley-off mərhələsinə start veriləcək. Təmsilçimiz “Qarabağ” da ilk oyununa çıxacaq. Komandamız Moldova çempionu “Şerif”in qonağı olacaq.

Tiraspol təmsilçisi də Ağdam klubu kimi mübarizəyə Çempionlar Liqasından başlayıb. “Qarabağ” 3-cü, “Şerif” isə 2-ci təsnifat mərhələsində uduzaraq, Avroliqaya düşüb.

Xatırladaq ki, ötən mövsüm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” bu rəqibini mübarizədən kənarlaşdırıb. Bakıda qolsuz heç-heçə edən komandaların Tiraspoldakı duelində “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.

23 avqust

Avropa Liqası

Pley-off mərhələsinin ilk oyunu

21:00. “Şerif” (Moldova) – “Qarabağ” (Azərbaycan)
Hakimlər: Sergey Tsınkeviç, Yevgeni Romanov, Vitali Malyutsin, Viktor Şimusik (hamısı Belarus)
Tiraspol, “Şerif” İK stadionu

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here