Qarabağ döyüşlərində istifadə olunmuş müşahidə cihazı Milli Azərbaycan Tarixi Muzeyinə verilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan tarixinin qanlı səhifəsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş materialların toplanılması və qorunması işi uğurla davam etdirilir. Bu yaxınlarda muzeyə Qarabağ döyüşlərində istifadə olunmuş zirehli texnikanın vizual müşahidə cihazı hədiyyə edilib. Cihazı Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Elnur Şərifov muzeyə təqdim edib.

Eksponat Azərbaycan hərb tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyətə malikdir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here