Qarabağ həqiqətlərinə dair fars və ərəb dillərində kitab çap olundu

Qarabağ Azadlıq Təşkilatı (QAT) “Qarabağ müharibəsi: həqiqət və faktlar” adında Azərbaycan, fars və ərəb dillərində kitab çap etdirib.

Bununla bağlı QAT mətbuat xidmətindən məlumat verilib. Tarix üzrə fəlsəfə doktoru Akif Nağının müəllifliyi ilə çıxan kitabın elmi rəyçisi AMEA Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli, tərcümə edənləri Əkrəm Bağırov və Minəxanım Şahbazovadır. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Şurasının maliyyə yardımı ilə çap olunub.

Kitabda ermənilərin azərbaycanlılara qarşı son yüz il ərzində törətdikləri vəhşiliklər, işğalçılıq siyasəti, terror aktları, etnik təmizləmə siyasəti konkret faktlarla əks etdirilib. Kitab geniş oxucu kütləsi, o cümlədən fars və ərəb dilli ölkələrdə yayılmaq üçün nəzərdə tutulub.

Musavat.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here