RESPONSIVE LEADERBOARD AD AREA
DÜNYA 2019.11.08 13:12

Qarabağ separatçıları Ermənistan baş nazirinə qarşı çıxdı: Paşinyanı həbs gözləyir

51

Qarabağdakı separatçı rejimin sabiq “təhlükəsizlik şurasının katibi” və Qarabağ separatçıları lideri “adını” qazanmağa namizəd olan Vitali Balasanyan “Şeym.am” saytına müsahibə verib.

V.Balasanyan əmin olduğunu bildirib ki, növbəti ilin mayında Ermənistan Baş naziri Nikol Paşinyan ölkə rəhbərliyində olmayacaq:

“Bir gözəl səhər bu insan (Paşinyan – red.) özünə gələcək və deyəcək:

“Millət, mən həbsxanaya gedirəm”.

Erməni xalqı dövlətçiliyimizi itirdiyimizi başa düşsə də, gedəcək. Ancaq bununla xalqı məlumatlandırmaq lazımdır. Biz çox təhlükəli mərhələdəyik. Erməni xalqının varlığı məsələsi həll edilir, biz dövlətçiliyimizi itirə bilərik”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı