“Qarabağa Doğru” davam edir

“ASAN School” könüllülük məktəbinin “Yaşıl ASAN təşəbbüsü və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə “Qarabağa Doğru” ekoloji layihəyə start verilib.

Layihə çərçivəsində Azərbaycan Respublikasının Qarabağ Əlilləri və Veteranları İctimai Birliyinin sədri Növrəstə Yusifova, tarixçi Aydın Məmmədov, Xocalı sakinləri və Qarabağ döyüşlərinin iştirakçıları ilə görüş keçirilib. Görüşdə Qarabağın flora və faunası haqqında ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, layihənin əsas məqsədi gənclərin ekoloji fəaliyyətə diqqətinin yönəldilməsi, işğal altında olan Dağlıq Qarabağ torpaqlarının ekoloji problemləri ilə tanışlığı, həlli yollarında təkliflərin və təqdimat bacarıqlarının formalaşmasında onlara dəstək olmaqdır.