Qarabağda dəhşətli qırğınlar törədən erməni terrorçu öldü

Ermənistanda “Sasna srer” silahlı qruplaşmasının üzvü, Qarabağ müharibəsində azərbaycanlılara qarşı soyqırımı cinayətləri törətmiş Araik Xandoyan ölüb.

Bu barədə qruplaşmanın digər üzvü Varujan Avetisyan məlumat yayıb.

Məlumata görə, erməni terrorçu 2016-cı ildə qruplaşmanın İrəvanda həyata keçirdiyi qiyamdan sonra həbs olunmuşdu. Lakin məhkəmə avqustun 17-də onun haqqında həbs qərarını dəyişmişdi.

Qarabağda dəhşətli cinayətlər törədən bu erməni terrorçu “tənha canavar” ləqəbi ilə tanınırdı.

Publika.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here