“Qarabağ”ın oyununun biletləri satışda – uzun növbə yaranıb

Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Kopenhagen” matçının biletləri artıq satışdadır.

Biletlər bu gün saat 10:00-dan etibarən satışa çıxarılıb.

Artıq indidən azarkeşlər tərəfindən oyuna böyük marağın olduğunu demək olar. Kassaların qarşısında uzun növbə yaranıb. Biletlərin satışa çıxdığı cəmi iki saat olsa da, kassaların önündə böyük azarkeş sıxlığı yaranıb.

Qeyd edək ki, avqustun 15-də keçiriləcək “Qarabağ” – “Kopenhagen” matçı saat 20:00-da başlayacaq.

Qol.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here