“Qarabağ”ın prezidenti futbolçularla görüşdü

Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçında qarşılaşacağı BATE ilə oyun üçün avqustun 12-də Belarusa yollanacaq.
Vacib oyundan əvvəl “Qarabağ” klubunun prezidenti Abdolbari Gözəl avqustun 11-də komandanı ziyarət edib.

Son məşqdən əvvəl komandanın bazasına gələn A.Gözəl baş məşqçi Qurban Qurbanov ilə görüşüb. Görüşdə komandanın son qarşılaşması, ümumiyyətlə, cari mövsümdə avrokubok perspektivləri haqqında danışılıb.

AzVision.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here