RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Qazax Müəllimlər Seminariyasının 100 illik yubiley tədbiri keçirilib

30

Bu gün “Atatürk Mərkəzi”ndə Qazax Müəllimlər Seminariyasının 100 illik yubiley tədbiri keçirilib.

“Sherg.az”ın xəbərinə görə, “Qazax” Xeyriyyə İctimai Birliyinin təşkilati dəstəyi ilə baş tutan toplantıda Birliyin sədri, professor İlham Pirməmmədov, xalq şairi Nəriman Həsənzadə, sabiq təhsil naziri, professor Misir Mərdanov, akademik Nizami Cəfərov, “Şərq” qəzetinin baş redaktoru, tarix elmi üzrə fəlsəfə doktoru Akif Aşırlı, nasir Şəmistan Nəzirli, ədəbi tənqidçi, yazıçı Əsəd Cahangir, şair Rafail İncəyurd, gənc alim Yusif Alıyev və başqa ziyalılar iştirak ediblər.

Tədbirdə araşdırmaçı-publisist, hərbi jurnalist Şəmistan Nəzirlinin “Qazax” Xeyriyyə İctimai Birliyinin maliyyə dəstəyi ilə yenidən çap olunmuş “Qoridən gələn qatar” adlı kitabı ictimaiyyətə təqdim olunub.

Bu kitab ətrafında ziyalılar maraqlı müzakirələr aparıblar.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı