Qazaxda əhalinin yüksək keyfiyyətli elektrik enerjisi ilə təminatı üçün SİP kabel xətləri çəkilir

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da əhalinin yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün təsirli tədbirlər görülür.

Prezident İlham Əliyevin açılışında şəxsən iştirak etdiyi 110/35/6 kilovoltluq “Daş Salahlı” yarımstansiyası bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Vaxtilə 7 yaşayış məntəqəsini qidalandıran həmin yarımstansiya nəinki kənd əhalisinin, eləcə də rayon ərazisinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayır. Bu gün həmin yarımstansiya 22 yaşayış məntəqəsinin qidalandırılmasında mühüm rol oynayır.

Rayonda əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün müasir tələblərə cavab verən yeni transformatorlar və elektrik xətləri mövcuddur. 2 ədəd 10 mva transformator 16 mva transformatorlarla əvəz edilib. Bundan başqa, Qazax şəhərini qidalandıran 35/10 kilovoltluq yarımstansiya tam sökülərək ən müasir tələblər səviyyəsində yenidən qurulub. 2 ədəd 4 mva transformator 2 ədəd 6,3 mva transformatorla əvəz edilib.

Rayon ərazisində elektrik ötürücü xətlərin yenilənməsi istiqamətində görülən işlər barədə danışarkən qeyd etmək olar ki, 675 ədəd 10 kilovoltluq dayaqlar yenisi ilə əvəz edilib, 110 kilometr uzunluğunda SİP kabel xətti çəkilib, 2012 ədəd köhnə tipli sayğaclar müasir tipliləri ilə əvəz edilib, 565 ədəd yeni sayğaclar quraşdırılıb. Son 3 ildə rayonda 46 ədəd yeni transformator şəbəkəyə qoşulub.

Abonentlərin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə Qazax şəhərində, eləcə də rayonun Ağköynək, Qarapapaq, Xanlıqlar, Çaylı, Daş Salahlı, Qazaxbəyli, Birinci Şıxlı, İkinci Şıxlı, Hüseynbəyli və Kosalar kəndlərində SİP kabel xətlərinin çəkilişi hal-hazırda davam etdirilir.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here