Qazaxda “Ehtiyat səyyar ASAN 2 xidməti”ndən 3 mindən çox sakin yararlanıb

Mayın 30-dan Qazaxda vətəndaşlara xidmət göstərməyə başlayan “Ehtiyat səyyar ASAN 2 xidməti”ndən bu günədək 3 mindən çox sakin yararlanıb.

Bu barədə “Ehtiyat səyyar ASAN 2 xidməti”nin qrup rəhbəri Elmar Ələsgərov məlumat verib.

Səyyar xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Qeyd edək ki, səyyar “ASAN xidmət”dən Qazaxdan Goranboyadək 14 rayonun sakinləri və bu rayonlarda məskunlaşmış məcburi köçkünlər də yararlanırlar.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here