Qazaxda sahibkarlar üçün treninq keçirilib

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazaxda sahibkarlar üçün treninq keçirilib.

Nazirlikdən verilən məlumata görə, üzümçülüyün inkişaf perspektivləri, marketinq mövzularını əhatə edən treninqdə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”, kənd təsərrüfatında ixtisaslaşma, ekoloji təmiz üzüm istehsalının təşkili prinsipləri, marketinq və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Treninq çərçivəsində həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları və s. barədə geniş məlumat verilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here