Qəbələdə bu günədək 18 min hektardan çox taxıl səpilib

Qəbələ rayonunun təsərrüfatlarında 2019-cu ilin məhsulu üçün payızlıq taxıl səpini mütəşəkkil davam etdirilir. Fermerlər bu günədək 18 min 700 hektara arpa və buğda səpiblər. Rayonda gələn ilin məhsulu üçün 20 min 100 hektarda payızlıq dənlilərin səpini proqnozlaşdırılır.

Bu barədə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik şöbəsinin müdiri Elimdar Şərifov məlumat verib.

Qurumdan bildiriblər ki, payızlıq dənlilərin səpini üçün indiyədək 19 min 500 hektar sahədə şum aparılıb. Hazırda sahələrdə 20 ədəd şum traktoru, 12 ədəd taxılsəpən aqreqat və digər texnikalar işləyir. Fermerlər payız səpinini bir həftə müddətində başa çatdırmağı planlaşdırırlar.

Xatırladaq ki, qəbələli fermerlər builki mövsümdə 20 min 100 hektar taxıl sahəsindən 64 min 464 ton məhsul tədarük ediblər. Hər hektardan orta hesabla 32,2 sentner məhsul götürülüb.

 

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here