RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Qəzet kağızının idxalına güzəşt olmayacaq

53

Nazirlər Kabineti qəzet nəşri üçün nəzərdə tutulan kağızın idxal zamanı əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə bağlı məsələyə aydınlıq gətirib.

Qəzet çapı üçün nəzərdə tutulan kağızın əlavə dəyər vergisindən azad olunması ilə bağlı məsələyə müvafiq dövlət dövlət orqanlarının iştirakı ilə Nazirlər Kabinetində baxılıb.

Vergi sahəsində tətbiq edilən azadolmaların minimuma endirilməsi istiqamətində aparılan ardıcıl siyasət baxımından və bu sahədə beynəlxalq təcrübə də nəzərə alınmaqla qəzet nəşri üçün nəzərdə tutulan kağızın idxal zamanı ƏDV-dən azad olunması məqsədəuyğun hesab edilməyib.

Eyni zamanda, “Azərbaycan Respubikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarına əsasən, “Rulonlarda və ya vərəqlər şəklində qəzet kağızı”na bu il yanvarın 1-dən 0 faizli gömtrük rüsumu tətbiq edilir.

Vergi Məsəlləsinə əsasən, kütləvi informasiya vasitələrinin alqı-satqısının bütün növləri üzrə dövriyyələri, mətbu kütləvi informasiya vasitələri məhsulları ilə bağlı redaksiya, redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti üzrə (reklam xidmətləri istisna olmaqla) ölkədaxili əməliyyatlar ƏDV-dən azaddır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı