QHT-də BQXK-nin rəsmiləri ilə görüş keçirilib

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş ofisində Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmiləri ilə Milli Cəmiyyətin prezidenti, millət vəkili Novruz Aslanovla görüşü keçirilib. BQXK-nin başçısı xanım Elena Ajmone Sessera və BQXK-nin Müdafiə Proqramının Koordinatoru cənab Byorn Oliver görüşün əsas məqsədini diqqətə çatdırıblar. Bildirilib ki, mərasim iki təşkilat arasında əməkdaşlıq çərçivəsində aparılan işlərin və gələcəkdə planlaşdırılan fəaliyyətlərin müzakirəsidir. Ənənəvi olan bu görüşlərdə hər zaman olduğu kimi birgə aparılan tədbirlər gündəmə gətirilib, göstərilən qarşılıqlı dəstək qiymətləndirilib, maraqlı, səmərəli təkliflər irəli sürülüb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here