QHT-də görüş keçirilib

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) məsul şəxsləri -AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə, İcraçı Katib Ceyhun Mirzəyev, icraçı katibin müavini Səbinə Məhbubi-İran və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Nuranə Qasımzadə Pakistan Qızıl Aypara Cəmiyyətini təmsil edən nümayəndə heyətini Baş Qərargahda qəbul ediblər. qhtxeber.az-a daxil olan məlumata görə, qonaqları salamlayan cəmiyyətin vitse-prezidenti Qafar Əsgərzadə Pakistan və Azərbaycan dövlətləri və Milli Cəmiyyətlər arasında qurulmuş dostluq, qardaşlıq münasibətlərini xüsusi olaraq qeyd edib. Bildirilib ki, hər iki Milli Cəmiyyət müxtəlif beynəlxalq səviyyədə təşkil edilmiş tədbirlərdə bir-birlərini dəstəkləyərək, cəmiyyətlər arasında olan birliyi nümayiş etdirirlər. Qeyd olunan xoş sözlərdən məmnunluqlarını bildirən Pakistan QAC-nin Balocistan əyalətinin sədri Seyd Şabir Bəyan və sədr müavini Məhəmməd Əkrəm Şah Azərbaycana, onun Milli Cəmiyyətinə səfər etdiklərindən şərəf duyduqlarını vurğulayıblar. 

Qonaqlar tərəfindən hal-hazırkı vaxtda cəmiyyətin Balocistan əyalətində baş vermiş quraqlıq nəticəsində yerli əhalinin üzləşdikləri çətinliklərdən bəhs edilib. Diqqətə çatdırılıb ki, Pakistan Milli Cəmiyyəti bu problemin həll edilməsi üçün bütün imkanlarını səfərbər etməyə hazırdır və digər Milli Cəmiyyətlərin də bu məsələdə dəstəyini əhəmiyyətli olaraq qiymətləndirir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pakistan QAC-nə mümkün imkanlar çərçivəsində öz müvafiq dəstəyini göstərməyə çalışacağını çatdırıb.  Daha sonra ikitərəfli əməkdaşlığın istiqamətləri haqqında fikir mübadiləsi aparılıb. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here