QHT Gəncədə sorğu keçirir

“Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində gənclər arasında sorğu keçirilir.
Sorğunun keçirilməsində əsas məqsəd region gənclərinin ölkədə həyata keçirilən gənclər siyasəti, mövcud imkanlar haqqında məlumatlılığını ölçməklə yanaşı, onların fərdi inkişafına daha effektiv yanaşmaq, istəklərini reallaşdırmaq, ictimai fəalliyyətə daha yaxından cəlb etmək məqsədilə təkliflərini dinləməkdir.
İlk mərhələdə  keçirilən sorğuda gənclərə gənclər siyasəti, onları narahat edən problemlər, maraq dairələri, arzu etdikləri fəaliyyətlər sfreasında suallar verilib. Sorğu cari ilin 3 noyabr tarixinədək davam edəcək.
Birliyin sədri Nigar Ələsgərovanın sözlərinə görə, sorğunun nəticələrinə əsasən “Odlar Yurdu” Gənclər İctimai Birliyi gənclərin maraq dairəsində olan mövzular əhatəsində, onların arzu və istəklərinə əsaslanaraq fəaliyyət növləri seçəcək və daha aktiv fəaliyyət göstərəcək. Sorğunun keçrilməsində “Odlar Yurdu” GİB-in 10 nəfər fəal gənc könüllü komandası iştirak edir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here