QHT intellektual yarışlara start verdi

“Azərbaycan İntellektual Birİncisi” layihəsi artıq ikinci ildir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.
Layihəölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7. maddəsində Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir. Dövlət proqramının alt sənədinə uyğun olaraq “Azərbaycanın İntellektual Birİncisi” layihəsi həyata keçirilir.
“Azərbaycan İntellektual Birİncisi” layihəsinin açılış mərasimi olub.  Azərbaycan Respublikasının Dövlət Himni səslənib və daha sonra Binəqədi rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə müdir müavini Şəmsi Gülverdiyev, “İrəli” İctimai Birliyinin baş katibi Şahin Rəhmanlı, layihə koordinatoru Tərlan Məmmədli çıxış edib. Rəsmi hissə bitdikdən sonra Binəqədi, Yasamal, Xətai, Xəzər, Nərimanov, Nəsimi, Nizami, Səbail, Suraxanı, Sabunçu, Qaradağ rayonlarının gənc intellektuallarının iştirakı ilə Bakı şəhəriturniri keçirilib.
Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.
Gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun (“Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar tap”, “Vətəni Tanı”) üzrə baş tutacaq “Azərbaycanın İntellektual BİRincisi” layihəsi çərçivəsində  62 rayon, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 70 rayondan 1400 nəfər gəncin iştirakı gözlənilir. Hər rayon 18 nəfərlik komanda ilə çıxış edəcək.  Layihə zamanı regional turnirlər Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəki, Mingəçevir, Sabirabad, Şəki, Lənkəran rayon və şəhərlərində inşa olunmuş Gənclər Evi və Gənclər Mərkəzində keçiriləcək.
Gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətə davamlı gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir.
“Azərbaycanın İntellektual Birİncisi” layihəsinin final mərhələsi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakıda keçirilməsi planlaşdırılır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here