“QHT Məktəbi” növbəti yaz proqramına qəbul elan edir

Gənclər üçün Təhsil Mərkəzi tərəfindən idarə olunan “QHT Məktəbi” növbəti yaz proqramına qəbul elan edir.

Keçmiş SSRİ ölkələri arasında ilk dəfə olaraq, 2002-ci ildə Azərbaycanda yaranan bu Məktəbin əsas məqsədi vətəndaş cəmiyyəti institutları üçün kadrlar hazırlamaq, eyni zamanda QHT sektoru ilə maraqlanan şəxslərin bilik və təcrübəsini artırmaqdır.

Bu günədək 1300-ə yaxın məzunu olmuş Məktəbdə iştirakçılara əsasən QHT fəlsəfəsi, QHT-lərin yaradılması, idarəedilməsi və strukturunun inkişafı, üzvlərin cəlb olunması yolları, QHT-lərdə ictimaiyyətlə əlaqələrin qurulması (PR), beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, layihə təkliflərinin hazırlanması, maliyyə axtarışı, layihələrin proqram və maliyyə idarəetməsi, monitorinq və qiymətləndirmə, QHT-lərdə kargüzarlıq işinin təşkili və s. mövzular tədris olunur.

Nəzəri və praktiki hissələrdən ibarət olan yaz təlimləri 2 ay davam edəcəkdir.

İştirakçıların əldə etdikləri biliklər xüsusi qaydalara uyğun qiymətləndirildikdən sonra, təlim proqramını başa vuran iştirakçılara Gənclər üçün Təhsil Mərkəzinin diplomları təqdim ediləcəkdir.

Məktəbdə iştirak etmək istəyənlər martın 29-dək CV-lərini [email protected] elektron ünvanına göndərməlidirlər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here