ƏSAS SƏHİFƏ

QHT-nin təşəbbüsü ilə idman zalının açılış mərasimi keçirilib

112

“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşəbbüsü, TİKA Bakı ofisinin maliyyə dəstəyi ilə “crossfit” idman növü üzrə “Cross&Gym” idman zalının açılış mərasimi baş tutub.
Açılış mərasimində Türkiyə Cümhuriyyətinin Azərbaycanda təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, TİKA Bakı ofisinin müdiri Adem Urfa, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Rüstəm Abdullayev, İnternat Məzunlarının Sosial İnteqrasiyası İctimai Birliyinin sədri Araz Əhmədov çıxış ediblər.
“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Adil Abdullayev günümüzdə ölkə rəhbərliyi tərəfindən idmanın inkişafına göstərilən dəstəyi vurğulayıb, reallaşdırılan layihənin ölkəmizdə gənclər arasında idman növlərinə və sağlam həyatın təbliğ edilməsi hərəkatına dəstək xarakterli olduğunu qeyd edib.
TİKA Bakı ofisinin müdiri Adem Urfa həyata keçirilən layihənin sosial əhəmiyyətini qeyd edib, gənclər üçün mümkün olacaq faydaları haqqında söz açıb. Türkiyə Cümhuriyyətinin Azərbaycanda təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral isə iki ölkə arasında davam edən münasibətlərin vətəndaş cəmiyyəti insitutları səviyyəsində də həyata keçirilməsinin əhəmiyyətini dilə gətirib.
Qeyd edək ki, “Cross&Gym” idman zalı crossfit idman növü üzrə fəaliyyət göstərən ilk və tək rəsmi idman zalıdır. Layihənin həyata keçirilməsində əsas məqsəd ölkədə uğurla inkişaf etdirilən idman hərəkatına sosial dəstək vermək, xüsusilə maddi çətinliklərlə üz-üzə qalmış həvəsli gənclərə şərait yaratmaqdır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı