QHT nümayəndələri Almaniyada səfərdədirlər

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nümayəndələri Almaniyanın Juist adasında Almaniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə Jubi Juist təşkilatı tərəfindən keçirilən “Transcultural Art Lab.” adlı yaradıcılıq emalatxanasında iştirak edirlər.
Layihədə hər ölkədən 13 nəfər olmaqla Azərbaycan, Almaniya, Gürcüstan və Ermənistandan olan gənclər iştirak edir.
layihənin ilk günü ölkələrin təqdimatı keçirilib. Təqdimatda gənclər ölkəmizin mədəniyyəti, milli mətbəxi, tarixi və adət-ənənələri barədə ətraflı məlumat veriblər. Daha sonra təqdimat milli rəqsimiz və canlı ifa ilə davam edib. Layihənin növbəti günlərində iştirakçılar müxtəlif növ fəaliyyətlərdə iştirak ediblər. Eyni zamanda, öz fəallıqları ilə seçilən ATGTİ-nin nümayəndə heyəti layihə çərçivəsində Qafqaz regionu ilə bağlı aparılan müzakirələrdə fəal iştirak edərək ölkəmizin mövqeyini bilidiriblər. Nümayəndə heyəti Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini, törədilmiş Xocalı soyqırımı haqqında və bir sıra məlumatları bütün iştirakçıların diqqətinə çatdırıb.
Qeyd edək ki, yaradıcılıq emalatxanası layihəsinin keçirilməsində məqsəd 4 ölkədən olan gənclərin yaradıcılıq sahəsində olan biliklərinin təkmilləşdirilməsi və müxtəlif yanaşmalarının inkişaf etdirilməsidir. Gənclər layihə çərçivəsində yaradıcılıq emalatxanasında keçirilən rəssamlıq, musiqi, fotoqrafiya və redaksiya dizaynı seminarlarında iştirak edərək bu sahədə olan biliklərini artırırlar.
qhtxeber.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here