QHT təmsilçiləri azadlıqdan məhrum olunmuş qadınları ziyarət ediblər

Milli Qeyri-Hökumət Təşkilatları Forumu və “Ailələrə Sosial Dəstək” İctimai Birliyi 8 Mart – Beynəlxalq Qadınlar günü və qarşıdan gələn Novruz bayramı münasibətilə azadlıqdan məhrum olunmuş qadınları ziyarət ediblər.
MQF və “Ailələrə Sosial Dəstək” İctimai Birliyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində olan məhbusları təbrikə gediblər. Görüşə “Beynəlxalq Qadın Klubu” da dəvət olunub.
MQF-nin prezidenti Rauf Zeyni və İctimai Birliyin sədri, əməkdar müəllim Esmira Rəhimova çıxış edərək xanımları təbrik ediblər və onlara tezliklə azadlığa qovuşmağı arzu ediblər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here