QHT təmsilçiləri Türkiyənin Azərbaycandakı səfirliyində olublar

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) üzvləri Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüblər. Türkiyənin Bakıdakı səfirliyində baş tutan görüşdə TUMİB sədri Çingiz Bayramov, qurumun İdarə Heyətinin üzvləri Seymur Verdizadə, Cabir Dövlətzadə və NTK üzvü Cəlal İbrahimli iştirak ediblər.
Səfir Erkan Özoral iyulun 15-də Türkiyədə baş vermiş çevriliş cəhdindən sonra qardaş ölkədə yaranmış ictimai-siyasi vəziyyət barədə məlumat verib. Qeyd edib ki, türk millətinin müdrikliyi və cəsarəti sayəsində Türkiyənin xaosa sürüklənməsnin qarşısını almaq mümkün olub. Türkiyəli diplomat qardaş Azərbaycan xalqının ən çətin məqamda Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirməsindən məmnun qaldıqlarını bildirib.
 TUMİB sədri Çingiz Bayramov səmimi qəbul üçün səfir Erkan Özorala təşəkkür edib. O, Türkiyə Cümhuriyyətinin yaranmasının 93-cü ildönümü münasibətilə türk millətini təbrik edib. Ç. Bayramov deyib ki, Türkiyə universitetlərindən məzun olmuş azərbaycanlı gənclər həmişə iki ölkə arasında körpü rolu oynayıblar. TUMİB sədri rəhbərlik etdiyi qurumun üzvlərinin Türk Dünyasının əvəzsiz liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyev ideyalarına daim sadiq qaldıqlarını, iki ölkə arasındakı əlaqələrin inkişafına və güclənməsinə layiqli töhfə verdiklərini bildirib. Ç. Bayramov Türkiyə Prezidenti Rəcəb Teyyub Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin birgə səyi nəticəsində iki dövlət arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.
 Görüş başa çatandan sonra səfir Erkan Özoral TUMİB üzvlərilə xatirə şəkli çəkdirib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here