QHT xeyriyyə satış-sərgisini yekunlaşdırıb

QHT xeyriyyə satış-sərgisini yekunlaşdırıb

“Damla” İctimai Birliyi xeyriyyə satış-sərgisini yekunlaşdırıb.
Xeyriyyə satış-sərgisində əlil insanların əl işləri və şirniyyatların (kulinariya məhsullarının) satışı təşkil edilib. Bu satış-sərgilərin keçirilməsində əsas məqsəd əl işlərinin satışından gələn gəlirlə həmin fiziki qüsurlu şəxslərə və valideyn himayəsindən məhrum uşaqlara maddi yardım göstərmək, eyni zamanda, onların cəmiyyətə inteqrasiyasına diqqəti artırmaq, bu qrupa mənsub insanlara təkcə ailələri üçün deyil, cəmiyyətimiz üçün də dəyərli olduqları hissini yaşatmaq  olub.
Birlik xeyirxah aksiyada iştirak edən hər kəsə dərin təşəkkürünü bildirib.
qhtxeber.az