“QİDA-2015”-in Yaz Sessiyasına start verilir

Regionlar: Bakı
Elandakı məlumatın adı: “QİDA-2015”-in Yaz Sessiyasına start verilir
Məkan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H
Məqsəd: Layihənin məqsədi Azərbaycan gəncləri arasında sığorta sahəsinin təbliği və təşviqi, gənclərin işçi kimi bu sahəyə cəlb olunması, onlarda sığorta mədəniyyətinin formalaşdırılmasıdır.
Elan:

Hörmətli gənclər və gənclər təşkilatları,

“QHT İdarəetmə Akademiyası”(QİDA) çərçivəsində “QİDA-2015”-in ilk Yaz Sessiyasına start verilir! Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi QİDA proqramı və Azərbaycan Sığortaçılar Assosiasiyası və AR Maliyyə Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Sığortalı gənclik” layihəsi çərçivəsində “Sığortanın əsasları” tədris proqramının ikinci təliminə star verilir.

Təlimdə tələbələrə sığortaya aid mövcud qanunvericilik bazası, sığortanın mahiyyəti, mədəniyyətini formalaşdıran amilllər, müqavilə, təkrarsığorta, sığortanın riskləri barədə ətraflı məlumatlar veriləcək.

Qeyd: ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarına üstünlük verilir

Akademiya çərçivəsində həyata keçirilən QİDA Yaz Sessiyası 14 mart 2015-ci il tarixində “Gənclər Evi” də (ARGTMŞ-ın ofisi) həyata keçiriləcək.

Təlim 10:00-dan 14:00-dək davam edəcəkdir.

Qeyd edək ki, yerlər məhduddur və seçim zamanı üstünlük daha tez müraciət etmiş gənclərə və gənclər təşkilatlarının nümayəndələrinə veriləcək.

Müraciət üçün son tarix : 12.03.2015, saat 18:00

http://www.nayora.az/announcements2,86/lang,az/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here