“Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah – GDO” adlı kitabın təqdimat mərasimi keçirildi

Azərbaycanda ilk dəfə ana dilində nəşr olunmuş “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah – GDO” adlı 2 hissəli kitabın 21 aprel 2018-ci il tarixdə təqdimat mərasimi keçirildi. “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, birliyin icraçı direktoru Məhsəti Hüseynovanın müəllifliyi ilə işıq üzü görən kitabın təqdimatında “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Aysel Cəlilova, Qarabağ qazisi İslam Əzimov, həkim Şəfa Həsənli, Dialoq TV-nin redaktoru Məsud Qurbanov, əməkdaşı Vüqar Əhmədov, Gənc Vətənpərvərlər Birliyinin sədri Müğan Əliyev, “Kapital Bank” ASC-nin nümayəndəsi Gülşən Fətəliyeva, “Global Educational and Consalting Centre” tədris mərkəzinin rəhbəri Hüseynağa Əliyev, AMEA Mərkəzi Elmi Kitabxanasının bölmə müdiri Habil Əliyev, “BOS Shelf” şirkətinin təlimatçısı İlham Kərimov, Standartlaşdırma, Metrologiya və Patent Mərkəzinin şöbə müdiri Anar Hüseynov, “Gənclərin Töhfəsi” İctimai Birliyinin idarə heyətinin üzvləri Rəşid Paşalı, Rəşad Nəbiyev, Nəzarət-Təftiş Komissiyasının sədri Vüsal Bayramov, birliyin Mədəni-Kütləvi Tədbirlər Departamentinin direktoru Fuad Nəsirli və s. qonaqlar iştirak etmişdir. Tədbirdə kitabın müəllifləri Asim Vəliyev və Məhsəti Hüseynova qida təhlükəsizliyi sahəsində mövcud vəziyyət, sağlam qidalanma, zərərli qatqı maddələri, GDO-lu məhsulların iqtisadi, siyasi, ekoloji, dini baxımdan fəsadları, Azərbaycanda GDO-ya nəzaərt mexanizmi və qanunvericiliklə tənzimlənməsi və s. mövzuda geniş məlumat verdilər. Daha sonra “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü, Qarabağ qazisi İslam Əzimov, həkim Şəfa Həsənli, Dialoq TV-nin redaktoru Məsud Qurbanov, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Aysel Cəlilova, Gənc Vətənpərvərlər Birliyinin sədri Müğan Əliyev çıxış edərək GMO-nun fəsadlarından və təhlükəsindən söz açıblar. Çıxışçılar bu istiqamətdə maarifləndirmə işlərinə böyük ehtiyac olduğunu vurğulayaraq yeni nəşrləri bu baxımdan müsbət qiymətləndirdilər. Qeyd edək ki, bu kitab Qida Təhlükəsizliyinin İctimai Monitorinq Qrupunun apardığı maarifləndirmə işlərinin davamıdır. Bundan başqa monitorinq qrupu Bakıda və regionlarda müxtəlif ali və orta təhsil ocaqlarında geniş miqyaslı maarifləndirmə işlərini həyata keçirməyi planlaşdırır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here