Qida sahəsi üzrə sahibkarlıq subyektlərinin qeydiyyatına başlanacaq

İyulun 1-dən Azərbaycan ərazisində qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatına start veriləcək. SİA-nın məlumatına görə, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həll şöbəsinin müdiri Mənsur Piriyev deyib.

O bildirib ki, Azərbaycanda qida sahəsində fəaliyyət göstərən subyektlər qida təhlükəsizliyi baxımından qeydiyyata alınır və reyestrə daxil edilir.

Qeydiyyat ərizə və ona əlavə edilən sənədlər ASAN xidmət mərkəzlərində fəaliyyət göstərəcək müvafiq bölməyə təqdim edildikdən sonra 30 gün ərzində həyata keçiriləcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here