“Qida təhlükəsizliyi və insanı məhvə aparan genetik silah – GDO” kitabı çap olunub

“Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev və icraçı direktoru Məhsəti Hüseynovanın müəllifliyi ilə “Qida təhlükəsizliyi və insanı məhvə aparan genetik silah – GDO” kitabı çap olunub. İki hissəli kitabın rəyçiləri tibb üzrə fəlsəfə doktoru, dosent Sevda Vəzirova, biologiya üzrə fəlsəfə doktoru Natəvan Kərimova, həkim Şəfa Həsənlidir. Kitabın birinci hissəsi 14, ikinci hissəsi 9 fəsildən ibarətdir. Kitabda gen mühəndisliyi və onun fəsadları, bu qlobal prosesin insanlara, heyvanlara və bitkilərə vurduğu ziyan, bununla bağlı Azərbaycanda mövcud olan qanunvericilik bazası, problemdən çıxış yolları əks olunub. Kitab Qida Təhlükəsizliyi üzrə İctimai Monitorinq Qrupunun ilk fəaliyyəti sayıla bilər.
21 aprel 2018-ci il saat 13:30-da Kitab Evimdə yeni nəşrin təqdimatı keçiriləcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here