RESPONSIVE LEADERBOARD AD AREA
İQTİSADİYYAT 2019.10.07 23:57

Qırğızıstan Azərbaycandan tranzit daşımaları üzrə kvotaların artırılmasını istəyib

44

Qırğızıstanın Nəqliyyat və Yollar Nazirliyi Azərbaycan hökumətindən tranzit daşımaları üzrə kvotaların artırılmasını istəyib.

Bu barədə nazir müavini Jenişbek Noğoybayev iqtisadi və humanitar əməkdaşlığa dair hökumətlərarası komissiyanın 3-cü iclasında bildirib. 

“Bizə daha çox kvota ayrılması üçün sizə müraciət etmişik. Bu ay Azərbaycandan nəqliyyat sahəsinə aid nümayəndə heyəti gözləyirik. Həmin heyət gələndən sonra daşımalara dair əlavə kvotalara icazə veriləcəyinə ümidvarıq”, – Qırğızıstan rəsmisi qeyd edib.

Azərbaycanın baş nazirinin müavini Yaqub Eyyubov isə məsələ ilə tanış olduqlarını və ciddi yanaşdıqlarını bildirib. 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı