“Qızıl qala” V Beynəlxalq yubiley kinofestivalında Azərbaycan da təmsil olunacaq

Rusiya Federasiyasının İnquşetiya Respublikasında “Qızıl qala” V Beynəlxalq yubiley kinofestivalı keçiriləcək.

Kinofestivalın proqramına Azərbaycan, Şimali Qafqaz və Gürcüstandan gənc perspektivli rejissor və ssenaristlərlə görüşlər də daxil ediləcək. Nazran şəhərində idman sarayında keçirilməsi planlaşdırılan kinofestivalda Rusiyanın tanınmış rejissorları, ssenaristlər, əməkdar incəsənət xadimləri iştirak edəcəklər.

Qeyd edək ki, İnquşetiya Respublikasının ərazisində kinematoqrafiya mərkəzi yaradıla bilər. Rusiya Kinematoqrafçılar İttifaqı sədrinin müavini, Xalq Artisti Klim Lavrentyev bu təklifi İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurovla görüşdə səsləndirib.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here